Aydın Hüseynov: "Azərbaycan özünü sənaye ölkəsi kimi təsdiqləyəcək" AÇIQLAMA
"Bu tədbirlər planı çoxşaxəlidir və ən müasir şəkildə tərtib olunmuş sənəddir". SİA-ya açıqlamasında iqtisadçı-ekspert Aydın Hüseynov Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında 2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında imzaladığı sərəncamdan irəli gələn məsələlər barədə danışarkən belə deyib.
Onun sözlərinə görə, qeyd olunan sənəd sənaye ili ilə bağlı ölkədə görüləcək işləri əhatə edir: "Artıq bu tədbirlərin icrasını təşkil edəcək mərkəzi qurumlar da müəyyənləşib. Sənaye ilinin elan edilməsi ilə bağlı təsdiq olunmuş tədbirlər planında sənaye potensialının gücləndirilməsi ilə bağlı tədbirlər nəzərdə tutulub. Burada sənaye müəssisələrinin yenidən qurulması, yeni emal sənaye müəssisələrinin yaradılması, alternativ enerji qurğu və avadanlıqlarının istehsalı üzrə yeni müəssisələrin istifadəyə verilməsi, qaz emalı və neft-kimya komplekslərinin yaradılmasına dair tədbirlər öz əksini tapıb. Ən başlıcası isə bu sənəddə sənaye məhsulunun rəqabət qabiliyyətinin artırılması məsələsi qeyd edilib. İstehsal olunacaq sənaye məhsulları beynəlxalq standartlar çərçivəsində tərtib olunan milli standartlar əsasında hazırlanacaq. Tədbirlər planında sənaye potensialının gücləndirilməsi işlə yanaşı, sənayenin kadr potensialının və elmi təminatının gücləndirilməsi məsələsi də əsas prioritetlərdən biridir. 2014-cü ilin sənaye ili elan olunması və ölkə rəhbərinin bu barədə sənədi təsdiq etməsi Azərbaycanın yaxın gələcəkdə dünyada sənaye ölkəsi kimi özünü təsdiqləməsi istiqamətində atılmış ən uğurlu addımlardan biridir. Ölkəmiz beynəlxalq bazara artıq öz brendləri ilə çıxa biləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB