Tahir Rzayev: "Konsepsiya ölkəmizin gələcək hədəflərini müəyyənləşdirir"
""Azərbaycan 2020: gələcəyə baxış" inkişaf konsepsiyasında qeyri-neft sektorunun inkişafı nəzərdə tutulur". Bunu SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.
Onun sözlərinə görə, son dövrlər ölkəmizdə həyata keçirilən islahatlar bütün sahələrdə müsbət nəticələrin əldə olunmasına şərait yaradıb: "Xüsusilə son onillikdə Azərbaycanda yoxsulluğun azaldılmasında və əhalinin sosial rifah halının yüksəldilməsində ciddi uğurlar qazanılıb. Hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli iqtisadiyyatın formalaşdırılması, əhalinin rifah halının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, eyni zamanda, bütün istiqamətlərdə yeni nailiyyətlərin əldə olunmasıdır. Bu konsepsiya Dövlət Proqramlarından fərqli olaraq, geniş və əhatəlidir. Ona görə də "Azərbaycan 2020: gələcəyə baxış" konsepsiyası ölkənin daxili aləmini və beynəlxalq aləmdə Azərbaycanın iqtisadi, siyasi, mədəni sahələrini əhatə edəcək. Bu konsepsiya 2020-ci ilə qədər ölkəmizin hədəflərinin müəyyənləşdirilməsi və onların həyata keçirilməsi baxımından olduqca əhəmiyyətlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB