Siyalə Rüstəmova: "İran İslam Respublikasına rəsmi müraciət göndərmişik"
"Xəzərdə kefal balıqlarının ölüm hallarının araşdırılması ilə bağlı İrana rəsmi müraciət etmişik". SİA-nın xəbərinə görə, jurnalistlərə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) rəisi Siyalə Rüstəmova belə deyib.
Onun sözlərinə görə, kefal balıqlarının ölüm hallarının araşdırılması ilə bağlı nazirliyin göstərişi ilə DBX dərhal monitorinqlərə başlayıb: "Sevindirici haldır ki, bu günə kimi su hövzələrində balıq ölümlərinə rast gəlməmişik. Sahil boyu yerləşən ərazilərdən mütəmadi olaraq müsbət məlumatlar alırıq. Buna baxmayaraq, İran İslam Respublikasına rəsmi müraciət də göndərdik. Onlar bildirdilər ki, Mazandaran sahilində ölüm halları qeydə alınmayıb. Bizdə bu hal müşahidə edilmədiyindən, heç bir qadağa tətbiq edilməyib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB