DBX yarmarkalarda xüsusi reyd keçirəcək

DBX yarmarkalarda xüsusi reyd keçirəcək

"Hər il Novruz bayramı ərəfəsində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında bu il də Dövlət Baytarlıq Xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək". SİA xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında dövlət baytarlıq xidmətinin rəisi Siyalə Rüstəmova məlumat verib.

Onun sözlərinə görə, baytarlıq xidməti tərəfindən nəzarət paytaxtla yanaşı rayonlarda da aparılacaq: "Bakı şəhərində yeni təşkil olunan yarmarkalarda müvafiq göstəriş əsasında səyyar laboratoriya və ərazi baxımından baytarlıq sanitariya ekspertiza laboratoriyaları xidmət göstərəcək. Yarmarkalarda ət məhsullarına nəzarət üçün xüsusi reyd keçiriləcək".

Heyvanların quduzluğa yoluxması hallarının vəziyyəti barədə məlumat verən xidmət rəisi deyib ki, son iki ildə bu sahədə müsbət nəticələr əldə olunub: "Heyvanların quduzluğa yoluxması sahəsində azalma müşahidə olunub. Lakin hələ də hansısa rayonda quduzluq aşkarlansa, dərhal həmin rayonlara qurumun ekspedisiyaları ezam olunur. Davamlı şəkildə vaksinasiya işləri aparılır. Hazırda vəziyyət stabildir".

Bütün xəbərlər Facebook səhifəmizdə