Bakıda daha bir beynəlxalq seminar öz işinə balayıb

Bakıda daha bir beynəlxalq seminar öz işinə balayıb

Bu gün Bakıda "Beynəlxalq Tibbi Sanitar Qaydaları (BTSQ) və Bayratlıq Xidmətinin Fəaliyyətinin Qiymətləndirilməsində (BXFQ-PVS) ölkənin perspektivləri, heyvan və insan sağlamlığı sektorları arasındakı əməkdaşlığın gücləndirilməsi üzrə yol xəritəsinə dair" milli seminar keçirilir. SİA xəbər verir ki, seminar kənd təsərrüfatı nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin ev sahibliyi, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB), Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşkilatçılığı və Dünya Bankının maliyyə dəstəyi ilə təşkil olunub.

Tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev seminarın başlıca məqsədinin insan və heyvan sağlamlığı sahəsində aparılan qiymətləndirmələrin nəticələri, səhiyyə və heyvan sağlamlığı üzrə xidmətlərdə fikir mübadilələri imkanları və bu sahədə əlaqələrin daha da genişləndirilməsindən ibarət olduğunu deyib. Onun sözlərinə görə, iki gün davam edəcək tədbirdə BEB-in, ÜST-ün nümayəndələri, Kənd Təsərrüfatı Nazirliyinin, Səhiyyə Nazirliyinin, həmçinin Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin və aidiyyatı qurumların əməkdaş və ekspertləri iştirak edirlər.

Seminarda dövlət baytarlıq xidmətinin rəisi Siyalə Rüstəmova, Səhiyyə Nazirliyinin nümayəndəsi Viktor Qasımov, ÜST-ün nümayəndəsi Monika Loa və digərləri çıxış ediblər.

Qeyd edək ki, 50-yə yaxın nümayəndənin iştirak etdiyi seminarda toplantının konteksti və gözlənilən nəticələr, BEB-ÜST əməkdaşlığı və perspektivləri, heyvan və insan sağlamlığı sistemləri arasında sektorlar arası əməkdaşlıq, yanaşmalardan əldə olunana nəticələr, Azərbaycanda BEB-in PVS yolu və digər mövzularda məruzələrin dinlənilməsi, eləcə də ÜST-ÜN Dövlət Baytarlıq Xidmətinin, Səhiyyə Nazirliyinin təqdimatlarının keçirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə