Neft ucuzlaşıb

Martın 12-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 2,04 dollar və ya 2,0 faiz azalaraq 1 barelə görə 97,99 dollar təşkil edib.

SİA-nın məlumatına görə, martın 12-də ICE London qitələrarası birjasında apreldə ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,53 dollar və ya 0,5 faiz azalaraq 108,02 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə