Braziliya sanki iki yerə bölünüb

Avstraliyalı fotoqraf David Lazarın Dessana qəbiləsində çəkdiyi şəkillər hər kəsin marağına səbəb olub. SİA-xarici mətbuata istinadən xəbər verir ki, fotolar cəngəlliklərlə əhatə olunan və sivilizasiyadan uzaq Amazon meşələrində yaşayanları təsvir edir. Qəbilə Braziliyanın paytaxtı Braziliyadan təxminən 5 kilometr uzaqlıqda yaşayır.

Fotoqrafın sözlərinə görə, Braziliya sanki iki yerə bölünüb. Bir tərəfdə inkişaf etmiş şəhər, digər tərəfdə isə mədəniyyətdən uzaq yerlər. Belə ki, qəbilənin məskunlaşdığı əraziyə paytaxtdan təkcə qayıqla getmək olur.

Bütün xəbərlər Facebook səhifəmizdə