Eyyub Hüseynov: "Azərbaycanda etibarlı ərzaq təhlükəsizliyi təmin edilir"
"Son 10 il ərzində Azərbaycanda əhalinin etibarlı ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində ciddi nailiyyətlərə imza atılıb və bu sahədə bir çox işlər görülüb". Bunu SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
Onun sözlərinə görə, bu nailiyyətlərin əldə edilməsinə Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilən "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" və "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" xüsusi rol oynayıb: "Belə ki, Azərbaycan özünü ərzaq təhlükəziliyi ilə təmin edə bilir. Çünki ölkəmizdə bunun üçün münbit torpaqlar və işçi qüvvəsi var. Azərbaycana xarici bazarlardan məhsullar gətirilir. Lakin vətəndaşlar bilməlidirlər ki, yerli məhsullar daha keyfiyyətli və üstündür. Dəyər ifadəsində bitkiçilik məhsulları istehsalı 4,2 faiz, heyvandarlıq məhsulları istehsalı 5,5 faiz və kənd təsərrüfatının ümumi məhsulu 4,9 faiz artıb. 2014-cü ilin məhsulu üçün 1088,2 min hektar sahədə şum qaldırılıb, 979,1 min hektar sahədə dən üçün taxıl, o cümlədən 646,3 min hektar sahədə buğda, 332,7 min hektar sahədə arpa səpilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB