Rüfət Məmmədov: “Azərbaycan iqtisadiyyatı inkişaf etmiş ölkə olmaq strategiyasını əsas götürüb”
"Azərbaycan üçün qeyri-neft sektorunu inkişaf etdirmək çox vacibdir". SİA-nın məlumatna görə, bu sözləri Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) sədri Rüfət Məmmədov bu gün Bakıda keçirilən Azərbaycan İnvestisiya Sammitində çıxış edərkən deyib. O bildirib ki, ötən il qeyri-neft sektorunda Ümimi Daxili Məhsul (ÜDM) 10 faiz artıb.
Bu gün Azərbaycanda əmək bazarının artdığını deyən R. Məmmədovun sözlərinə görə, ölkəmiz sabit inkişaf edən iqtisadiyyata malikdir: "Son bir ildə Azərbaycanın investisiya reytinqi artıb. Bu gün Azərbaycanın 140 ölkə ilə ticarət əlaqələri var, ölkədəki nəqliyyat infrastrukturu inkişaf edir. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi bitmək üzrədir. Həmçinin, Azərbaycan TAP və TANAP kimi boru kəmərləri və digər layihələrdə aparıcı rol oynanır. Azərbaycanın "Doing Business" indikatoru daim artır. Biz xarici investorları yerli investorlara bərabər tuturuq. Onlar üçün eyni şərait və şərtlər yaradılır. Bu gün olduqca böyük həcmdə investisiyalar həyata keçirilib. Son illər ölkə iqtisadiyyatında böyük artım olub ki, bu da özəl sektorun inkişafı və rolu ilə bağlıdır".
Çıxışı zamanı Azərbaycan "Gələcəyə baxış – 2020" strategiyasına toxunan Azpromo sədri qeyd edib ki, proqrama əsasən nəqliyyat, logistika, regionların inkişafı xüsusi diqqət mərkəzində olacaq: "Gələcək illərdə kənd təsərrüfatı və emalın inkişafı ÜDM-in 45faizini təşkil edəcək. Son illər Azərbaycanın turizm sahəsində gəlirlər əldə olunur ki, bu da xarici investorları bu sahəyə cəlb edir. Ölkədə İKT sahəsi də böyük inkişaf rolu keçib. Azərbaycan özü üçün iqtisadiyyatı inkişaf etmiş ölkə olmaq strategiyasını əsas götürüb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB