Azərbaycanın iqtisadiyyatı 2 dəfə sürətlə inkişaf etməkdədir
Azərbaycanın iqtisadiyyatı digər ölkələrə nisbətən 2 dəfə sürətlə inkişaf etməkdədir. Bu sözləri "2020 və sonrakı illər: iqtisadi inkişafın sürətləndirilməsi" mövzusunda Bakıda keçirilən Azərbaycan İnvestisiya Sammitindəki çıxışında Transformasiya, İnteqrasiya və Qloballaşma üzrə İqtisadi Araşdırmalar Mərkəzinin (TİGER) təsisçisi və direktoru, iqtisadiyyat professoru, Polşanın keçmiş maliyyə naziri Qjeqoy Kolodko deyib.
Azərbaycan iqtisadiyyatında qeyri-neft sənayesinin uğurlu inkişafından danışan Q.Kolodko bildirib ki, bu amil şaxələndirmə siyasətinin uğurla reallaşdırılması ilə əlaqədardır.
Beynəlxalq təcrübədən bəhs edən iqtisadçı onu da əlavə edib ki, Azərbaycan iqtisadiyyatında şaxələnməsində əsasən orta biznesin, kiçik sahibkarlığın inkişafına xüsusi diqqət yetirilməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB