Bakıda “2020 və sonrakı illər: iqtisadi inkişafın sürətləndirilməsi” Sammiti başlayıb

Bakıda “2020 və sonrakı illər: iqtisadi inkişafın sürətləndirilməsi” Sammiti başlayıb

Bu gün Bakıda "2020 və sonrakı illər: iqtisadi inkişafın sürətləndirilməsi" mövzusunda Azərbaycan İnvestisiya Sammiti işə başlayıb. SİA-nın verdiyi məlumata görə, respublikamızın perspektivdəki iqtisadi inkişafı üçün imkanların müzakirə edilməsi məqsədilə Azərbaycan İnvestisiya Sammitində bir çox ölkədən təşrif buyurmuş təşkilatların rəhbərləri, sərmayəçilər, iqtisadi siyasətin həyata keçirilməsinə cavabdeh olan şəxslər və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.

Sammiti açan "The Economist" jurnalının sənaye sektoru üzrə redaktoru Saymon Rayt Azərbaycanın son illərdəki uğurlu inkişafından və perspektivlərdən danışıb.

O qeyd edib ki, böyük neft-qaz ehtiyatlarına malik olan Azərbaycanın əldə etdiyi mənfəət respublika iqtisadiyyatında ikirəqəmli artıma səbəb olaraq ölkəni yeni inkişaf səviyyəsinə yüksəldib. Neft hasilatı sabit səviyyədə qaldığı üçün Azərbaycan iqtisadiyyatını şaxələndirməyə üstünlük verir.

Sammit panel iclasları ilə davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə