Vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə Nəqliyyat naziri Ziya Məmmədov martın 17-də İsmayıllı şəhərində Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. SİA-nın xəbərinə görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı 14 mart, saat 09:00-dan 18:00-dək müvafiq olaraq aşağıdakı ünvanlarda aparılacaq:
• İsmayıllı "10 saylı Yol İstismarı İdarəsi" (İsmayıllı şəhəri, Ərəstun Mahmudov küçəsi, 2)
• Qobustan "8 saylı Yol İstismarı İdarəsi" (Qobustan rayonu, Xirmilli yolu)
• Şamaxı "9 saylı Yol İstismarı İdarəsi" (Şamaxı rayonu, Sabir qəsəbəsi, Pirsaat çay hövzəsi, 115-ci km)
• Ağsu "12 saylı Yol İstismarı İdarəsi" (Ağsu rayonu, Meliorasiya qəs., Mehdi Hüseynzadə küçəsi, 4)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB