Nəqliyyat sektorunda yükdaşıma tarifləri bahalaşıb

Nəqliyyat sektorunda yükdaşıma tarifləri bahalaşıb

Fevral ayında nəqliyyat sektorunda yükdaşıma tariflərinin bahalaması müşahidə olunub. Dövlət Statistika Komitəsindən (DSK) SİA- ya verilən məlumata görə, bu tariflər 0,1 faiz bahalaşsa da, sərnişindaşıma tarifləri sabit qalıb. Ay ərzində hava nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 5,3 faiz ucuzlaşıb, digər xarici ölkələr üzrə isə 3,8 faiz bahalaşıb.

Ötən ay MDB ölkələrinə dəniz nəqliyyatında yükdaşıma tarifləri 0,2 faiz, dəmir yolu nəqliyyatında isə sərnişindaşıma tarifləri 18,7 faiz bahalaşıb. Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi üzrə 0,3 faiz bahalaşma müşahidə olunub. Avtomobil nəqliyyatında sərnişindaşıma və yükdaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə