Martın 8-də Bakı və Abşeron yarımadasında hava şəraitinin axşam və gecə bəzi yerlərdə yağıntılı, gündüz isə dəyişkən buludlu olacağı gözlənilir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova SİA-ya açıqlama verərkən deyib.
Onun sözlərinə görə, sabah güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək. Havanın temperaturunun gecə 2-4, gündüz 6-8 dərəcə isti olacaq: "Azərbaycanın rayonlarında martın 8-də gündüz yağıntının tədricən kəsiləcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 1-6 dərəcə isti olacaq. Martın 9-dan etibarən Azərbaycanda hava şəraiti sabit və mülayim keçəcək, havanın temperaturu nisbətən yüksələcək. Martın 7-8-də Abşeron yarımadasında güclü xəzri küləyi və temperaturun əvvəlki günlə müqayisədə aşağı enməsi müşahidə olunsa da, sonrakı 2 gün ərzində sabit hava şəraiti fonunda mülayim yaz havası olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB