"CLC" (Corporate Legal Consultancy) hüquq şirkəti 3-7 mart tarixləri arasında şirkətə müraciət edən qadın müştəriləri sevindirib. Hüquqlarının müdafiəsi üçün şirkətə üz tutan 20-dən çox xanım geriyə xoş əhval ruhiyyədə dönüb. Belə ki, "CLC" hüquq şirkəti Beynəlxalq 8 Mart qadınlar günü münasibətilə qadın müştəriləri üçün süpriz hazırlanıb.
"CLC" (Corporate Legal Consultancy) hüquq şirkətinin rəhbərliyi müraciət edən hər bir xanımı gül dəstəsi ilə təbrik edib, onlara problemsiz iş, xoşbəxtlik və səadət arzulayıb. "CLC" (Corporate Legal Consultancy) hüquq şirkətinin rəhbəri Pərviz Məmmədov bildirdi ki, şirkət əlamətdar günlərdə belə aksiyaları davam etdirəcək.
Qeyd edək ki, "CLC" (Corporate Legal Consultancy) hüquq şirkəti 2008-ci ildən fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB