Novruz Bayramı ərəfəsində satış yarmarkaları keçiriləcək AÇIQLAMA
"Hər il olduğu kimi, bu il də Novruz Bayramı ərəfəsində Kənd Təsərrüfatı Nazirliyi və digər müvafiq strukturlar tərəfindən sahibkarlarla birgə Bakı şəhərinin müxtəlif yerlərində satış yarmarkaları təşkil ediləcək". Bu barədə SİA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib.
Onun sözlərinə görə, satış yarmarkalarının təşkil olunmasında məqsəd əhalinin bayram qabağı kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınmasıdır: "Bu il təşkil olunacaq satış yarmarkalarının sayı artırılacaq. İstehlakçılar yarmarkalarda kənd təsərrüfatı mallarını bazardakı qiymətlərlə müqayisədə daha ucuz qiymətə əldə edə biləcəklər. Novruz bayramı ərəfəsində və bayram günlərində keyfiyyətsiz, insan sağlamlığı üçün təhlükəli malların satışının qarşısının alınması məqsədilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarına nəzarət tədbirləri daha da gücləndiriləcək".
Qeyd edək ki, satış yarmarkalarının təşkil ediləcəyi tarixlər və ünvanlar barədə əlavə məlumat veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB