270 nəfər işaxtaran vətəndaşın münasib iş yerlərinə göndərişi verilib

270 nəfər işaxtaran vətəndaşın münasib iş yerlərinə göndərişi verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən cari ilin yanvar-fevral aylarında Bakı şəhərinin rayonlarında keçirilən mini əmək yarmarkalarında ümumilikdə 77 müəssisə tərəfindən 1363 boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşların seçiminə təqdim edilib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, bu aktiv məşğulluq tədbirlərində 270 nəfər işaxtaran və işsiz vətəndaşa münasib iş yerlərinə göndəriş verilib, 49 nəfər müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunub.

Məlumat üçün bildirək ki, Bakı şəhərinin rayonlarının Məşğulluq mərkəzləri tərəfindən müəssisə, idarə və təşkilatlardan mövcud vakansiyalar toplanmaqla hər ay mini əmək yarmarkaları təşkil olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə