Neft bahalaşıb

Martın 6-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 0,11 dollar və ya 0,1% artaraq 1 barelə görə 101,56 dollar olub. SİA xəbər verir ki, martın 6-da ICE London qitələrarası birjasında apreldə ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,34 dollar və ya 0,3% artaraq 108,10 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə