Aynur Sofiyeva: “Övladını erkən yaşda nikaha cəlb edən valideyn həbs ediləcək”

Aynur Sofiyeva: “Övladını erkən yaşda nikaha cəlb edən valideyn həbs ediləcək”

"Son illərdə Azərbaycanda boşanma və erkən nigahların sayı azalıb". Bunu SİA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva deyib.

Onun sözlərinə görə, Azərbaycanda erkən nikahın qarşısının alınması üçün bir sıra tədbirlər görülür: "Belə ki, qanunvericiliyə dəyişikliklə bağlı təklif, valideyn məsuliyyətə cəlb olunması və cinayət məcəlləsinin dəyişikliklə bağlı təklif qəbul olunub. Qadını nikaha zorla cəlb edənlərə hətta pul cəriməsi və qəti həbs imkanı tətbiq olunacaq. Övladını erkən yaşda nigaha cəlb etdiyinə görə hər bir valideynə 4000 manat cərimə və 4 illik qəti həbs tədbiri həyata keçiriləcək.

Aynur Sofiyeva onu da qeyd edib ki, erkən nigahların rəsmi sitatistikası dəqiqliklə aparıla bilmir: "Çünki bu nigahlar qeydiyyata alınmır. Yalnız ailələrdə doğulan uşaqların sayı ilə nəticə çıxarmaq mümkündür. Bu rəqəmlər isə göstərir ki, erkən nigahların sayında azalma müşahidə edilir. Bu istiqamətdə bir çox işlər görülür. Burada əsas bir faktor rol oynayır ki, qızlar məktəbdən təlim və tədrisdən yayınırlar və erkən nigaha cəlb olunurlar. Bizim əsas məqsədimiz regionlarda yaşayan gənclər arasında daha çox yayılan erkən nigah hallarının qarşısının alınması istiqamətində məlumatsızlığın aradan qaldırılmasına, insan hüquqlarının pozulması, zorakılıq halları, təhsildəki problemlərlə bağlı zərərin azaldılmasına töhfə verməkdən və ailə institutunun gücləndirilməsindən ibarətdir".

Bütün xəbərlər Facebook səhifəmizdə