WTI markalı neft ucuzlaşıb

Martın 5-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 1,88 dollar və ya 1,8% azalaraq 1 barelə görə 101,45 dollar olub. SİA-nın məlumatına görə, martın 5-də ICE London qitələrarası birjasında apreldə ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,54 dollar və ya 1,4% azalaraq 107,76 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə