Vergilər Nazirliyi bu il də birinci yerə seçilib

Vergilər Nazirliyi bu il də birinci yerə seçilib

Mart ayının 4-də "Multimedia" İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi dövlət qurumlarının informasiya açıqlığı vəziyyəti ilə bağlı apardığı növbəti monitorinqin nəticələrini açıqlanıb.

Vergilər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, reytinq cədvəli 2013-cü ilin iyulundan 2014-cü ilin yanvarına qədər olan dövrü əhatə edir və monitorinqə 74 mərkəzi, 67 yerli icra orqanı daxil edilib. Dövlət qurumlarının informasiya açıqlığı vəziyyəti ilə bağlı aparılan monitorinq informasiya azadlığı sahəsində mövcud qanunvericilik və beynəlxalq normalar nəzərə alınmaqla həyata keçirilib. "Multimedia" Mərkəzinin rəhbəri Osman Gündüz bildirib ki, monitorinq mərkəzi və yerli icra qurumlarının saytlarında yerləşdirilən məlumatlar və elektron xidmətlər üzərində aparılır. İnformasiya açıqlığına görə altı il ardıcıl olaraq 1-ci yerdə qərarlaşan Vergilər Nazirliyinin builki informasiya açıqlığı göstəricisi 74% olub. Sonrakı yerləri isə Dövlət Sosial Müdafiə Fondu (67%), Dövlət qulluğu məsələləri üzrə Komissiya (67%), Ekologiya və Təbii Sərvətlər Nazirliyi (65,5%), Baş Prokurorluq (64%), Daxili İşlər Nazirliyi (63,5%), Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (63%), Mərkəzi Bank (62,5%), Ədliyyə Nazirliyi (59%) və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə