Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarlığın maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının 2 iyul 2013-cü il tarixli 714-IVQ nömrəli Qanunu ilə sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərində sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslərin hüquqlarının qorunması məqsədilə yoxlayıcı orqanların qarşısında müəyyən tələblər qoyub. Vergilər Nazirliyindən SİA-ya verilən məlumata görə, tələblərin mahiyyəti yoxlanılan sahibkarların və yoxlayıcı orqanların hüquq və vəzifələrini, yoxlama zamanı tətbiq olunan proseduraların həyata keçirilməsi qaydalarını konkretləşdirməklə yoxlama prosesinin şəffaflığının təmin edilməsindən ibarətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB