Süni balıqartırma tarixində yeni prinsip tətbiq edilib

Süni balıqartırma tarixində yeni prinsip tətbiq edilib

2013-cü ilin yaz-yay balıqartırma mövsümündə Xıllı nərə balıqartırma zavodunda Azərbaycanda süni balıqartırma tarixində ilk dəfə olaraq, kürüdən kürüyə prinsipi tətbiqi edilib. Bu barədə SİA Nazirlər Kabinetinin 2013-cü ilin yekunları ilə bağlı Milli Məclisə təqdim etdiyi hesabata əsasən xəbər verir.

Hesabatda bildirilib ki, zavodda saxlanılan və təmir-törədici fondunun tərkibinə daxil edilən törədici balıqlardan cinsi məhsullar alınıb. Bu təşəbbüs mövcud infrastrukturun təkmilləşdirilməsi yolu ilə gələcəkdə digər nərə balıqartırma zavodlarında balıqların əmtəə yetişdiriciliyinə böyük dəstək verəcək.

Ötən il ərzində su hövzələrində bioloji resursların artırılması və mühafizəsi istiqamətində tədbirlər həyata keçirilib. Balıqartırma zovodları tərəfindən 380,7 milyon ədəd müxtəlif növ vətəgə əhəmiyyətli (o cümlədən 4 milyon ədəd nərəcinsli, 166,2 min ədəd qızılbalıq) və 371 milyon ədəd çəkikimilər balıq körpələri artırılaraq Xəzər dənizinə və digər su hövzələrinə buraxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə