Ötən il yollara 6918 kamera quraşdırılıb

Ötən il yollara 6918 kamera quraşdırılıb

2013-cü ildə "Təhlükəsiz şəhər" avtomatlaşdırılmış idarəetmə sisteminin inkişaf etdirilməsinə dövlət büdcəsindən bütövlükdə 23,6 milyon manat vəsait ayrılıb. SİA bu barədə bu barədə Nazirlər Kabinetinin 2013-cü ilin yekunları ilə bağlı Milli Məclisə təqdim etdiyi hesabata əsasən məlumat verir.

Layihə çərçivəsində Bakı şəhərində 1309 nöqtədə 3490 kamera quraşdırılaraq istifadəyə verilib, Bakı Metropoliteni də daxil olmaqla, respublikanın ayrı-ayrı şəhərlərində və magistral yollarında ümumilikdə 1779 nöqtə üzrə 6918 (1320 hərəkətli, 5598 sabit) kamera "Təhlükəsiz şəhər" avtomatlaşdırılmış idarəetmə sisteminə qoşulub.

2012-ci illə müqayisədə hesabat dövründə sistemin videomüşahidə vasitələrinin tətbiqi ilə aşkarlanan hadisələrin sayı 25 faiz artıb. Nəticədə 105 cinayətin üstü açılıb, 8401 yol-nəqliyyat hadisəsi (111-i piyadaların vurulması), ictimai asayişin pozulması ilə bağlı 328 fakt, 11 avtoxuliqanlıq, 74 yanğın hadisəsi və s. müəyyən edilib.

"Nömrətanıma" Sistemi vasitəsilə axtarışda olan 149 nəqliyyat vasitəsi müəyyənləşdirilib, onlardan 121-i, həmçinin üzərində oğurlanmış dövlət qeydiyyat nişanı olan 19 avtomobil saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə