Komitə sədri Lənkəranda qəbul keçirəcək

Komitə sədri Lənkəranda qəbul keçirəcək

Martın 7-də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov Lənkəran şəhərində vətəndaşların qəbulunu keçirəcək. Dövlət Komitəsindən SİA-ya verilən məlumata görə, görüş Lənkəran şəhərində yerləşən Heydər Əliyev Mərkəzinin inzibati binasında keçiriləcək. Qəbulda Lənkəran şəhəri ilə yanaşı, Lerik, Astara, Yardımlı, Masallı və Cəlilabad rayonlarının da sakinləri iştirak edə bilərlər. Qəbul saat 10:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə