Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun 18 fevral 2014-cü il tarixli Sərəncamına əsasən Lənkəranın şəhər, qəsəbə və kəndlərində 2014-cü ilin fevralın 20-dən martın 20-dək "Yaşıllaşdırma aylığı" keçirilir. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, sərəncam imzalandığı gündən bu kampaniya artıq kütləvi xarakter alıb. İməciliklər zamanı Lənkəranın şəhər, qəsəbə və kəndlərinin ərazilərində əhalinin iştirakı ilə park, bağ və meydanlarda, magistral yol və küçə kənarlarında müxtəlif növ ağaclar, həmişəyaşıl, dekorativ kollar əkini həyata keçirilir. İməciliklərdə Lənkəran ŞİH başçısı müavinlərinin, İcra Aparatının şöbələrinin iştirakı ilə inzibati ərazi dairələrinin nümayəndələri, bələdiyyələr, Lənkəran şəhər Mənzil-İstismar və Kommunal Müəssisələr İdarəsi, 1 saylı Ərazi üzrə Ekologiya və Təbii Sərvətlər şöbəsi, Lənkəran Meşə Bərpası və Mühafizəsi Müəssisəsi, Hirkan Milli Parkı və digər aidiyyatı təşkilatlar yaşıllaşdırma aylığında fəallıq göstərirlər. Martın 4-də iməcilikdə iştirak edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bu kampaniyanın mütəşəkkil keçirilməsi üçün tövsiyə və tapşırıqlarını verib.
Sərraf Mirsəfəroğlu
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB