Elektrik enerjisi istehsalı 5 % artıb

Elektrik enerjisi istehsalı 5 % artıb

Bu ilin fevral ayı ərzində Azərbaycanın enerji sistemində 2 mlrd. kVt/saatdan çox elektrik enerjisi istehsal edilib. "Azərenerji" ASC-dən SİA-ya verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,2% çoxdur. Bu ilin iki ayı ərzində isə ölkənin enerji sistemində 4,2 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin analoji dövrünə nisbətdə 5% çoxdur.

Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlərlə elektrik enerjisi mübadiləsi davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə