Vahid Əhmədov: “Sahibkarlığın bütün sahələri sürətlə inkişaf edir”

Vahid Əhmədov: “Sahibkarlığın bütün sahələri sürətlə inkişaf edir”

"Ölkəmizdə sahibkarlıq sürətlə inkişaf edir". Bunu SİA-ya açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, bu sahə daima dövlətin diqqət mərkəzində olub: "Elə bunun nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" fərman imzalayıb. Sənədə əsasən, sahibkarlıq fəaliyyəti ilə bağlı olan bir sıra prosedurların sayının, eləcə də müddətinin kəskin azaldılması nəzərdə tutulub. Bu Fərmanın imzalanması ilə ölkədə sahibkarlığın bütün sahələri sürətlə inkişaf edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə