Fevral ayında Novorossiysk limanından 84 910 ton xam neft ixrac edib

Fevral ayında Novorossiysk limanından 84 910 ton xam neft ixrac edib

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bu ilin fevral ayında Novorossiysk limanından (Qara dəniz, Rusiya) 84 910 ton xam neft ixrac edib. ARDNŞ-dan SİA-ya verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 65,9 faiz azdır.

Ötən ay Supsa limanından (Qara dəniz, Gürcüstan) 242 132 ton xam neft göndərilib ki, bu da 2013-cü ilin fevral ayına nisbətən 31,5faiz azdır.

Hesabat dövründə Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) 19,6 faiz az, yəni 1 400 577 ton xam neft ixrac edilib.

Ümumilikdə, bu ilin yanvar-fevral ayları ərzində Novorossiysk limanından 169 649 ton xam neft ixrac edilib ki, bu da ötən ilin 2 ayı ilə müqayisədə 32,6 faiz azdır.

Bu ilin ilk iki ayında ötən ilin analoji dövrü ilə müqayisədə Supsa limanından 0,7 faiz çox, yəni 565 129 ton, Ceyhan limanından isə 5,6 faiz az və ya 2 992 617 ton xam neft ixrac edilib.

ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə