Azərbaycan investisiya səviyyəli kredit reytinqinə malikdir

Azərbaycan investisiya səviyyəli kredit reytinqinə malikdir

Azərbaycan Respublikası Maliyyə Nazirliyi 2014-cü il ərzində ABŞ dollarında ifadə olunan dövlət istiqrazların ilk emissiyası ilə bağlı "Barclays", "Deutsche Bank" və "Citi" banklarını səlahiyyətləndirib.

Maliyyə Nazirliyindən SİA-ya verilən məlumata görə, müvafiq olaraq 2014-cü il 03 mart tarixindən başlayaraq bir sıra investorlarla görüşlərin təşkili nəzərdə tutulur.

Azərbaycan Respublikası dünyanın aparıcı üç kredit reytinq agenliyinin – "Fitch" (BBB-), "Moody`s" (Baa3) və "Standard & Poor`s" (BBB-) investisiya səviyyəli kredit reytinqinə malikdir.

Bütün xəbərlər Facebook səhifəmizdə