“Belveder” restoranında 8 Mart Beynəlxalq qadınlar gününə həsr olunan xüsusi proqram keçiriləcək
8 Mart Beynəlxalq Qadınlar Günü, bütün dünyada qadınların bərabərlik, inkişaf, daha dinc həyat həsrətlərini və istəklərini dilə gətirdikləri birlik günü kimi qeyd olunmaqdadır. 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə "Excelsior Hotel Baku" otelinin "Belveder" restoranında xüsusi əyləncəli proqram keçiriləcək. Qonaqlar üçün maraqlı sürprizlər nəzərdə tutulan olan proqram, saat 20.00-da başlayaraq 24.00-a qədər davam edəcək. Restoranın Azərbaycan üzrə məşhur şef aşpazı, bu gün üçün xüsusi bir menyu tərtib edib. Proqrama canlı musiqi, Azərbaycan mətbəxindən müxtəlif yeməklər (salatlar, isti və soyuq yeməklər, desert) limitsiz içkilər, çay və qəhvə daxildir.
Xüsusi proqramda bir nəfər üçün iştirak qiyməti 49 AZN təşkil edir. "Excelsior Hotel Baku" otelinə 496 80 00 telefon nömrəsinə zəng vuraraq rezerv edə bilərsiniz.
"Excelsior Hotel Baku" mehmanxanası 1 "İmperial" lüks, 2 "Royal" lüks, 4 "Crown" lüks, 45 "Heritage" standart, 9 "Duke" kiçik otaqlar, iclas otaqları və biznes mərkəzləri, restoranlar, "Aura" sağlamlıq mərkəzindən və s. ibarətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB