Cari ildə 37 çoxmərtəbəli bina təbii qazla təmin olunub

Cari ildə 37 çoxmərtəbəli bina təbii qazla təmin olunub

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azəriqaz" İstehsalat Birliyi hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq müvafiq sənədləri təqdim edən 37 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. Bu barədə SİA-ya ARDNŞ-dən bildirilib.

Qeyd edək ki, təbii qazla təmin olunmuş bu binalarda ümumilikdə 5 091 mənzil var.

Xatırladaq ki, "Azəriqaz" ötən il 149, 2012-ci ildə isə 60 çoxmərtəbəli binaya təbii qazın verilişini təmin edib.

Bütün xəbərlər Facebook səhifəmizdə