"Gəncə Regional Elektrik Şəbəkəsi"ndə 35 kV-lik və ondan yüxarı gərginlikli elektrik verilişi xətlərində (EVX) və yarımstansiyalarda son üç ayda müxtəlif təyinatlı təmir işləri həyata keçirilib. "Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 110 kV-lik Gəncə-1 yarımstansiyasında eyni gərginlikli I şin sisteminin boşaldıcıları yeni tiplisi ilə əvəz edilib. Eyni zamanda 2 saylı 35 kV-lik şinlərarası yağ açarları eleqaz açarlarla əvəz olunub. Bütün bunlarla yanaşı 2 saylı 31,5 MVA-lıq transformatorun 35 kV-lik yağ açarı və cərəyan trnsformatorları yeni tipli eleqaz və cərəyan transformatorları ilə əvəzlənib.
Sözügedən dövrdə 110 kV-lik "İstilik", "Gəncə-3" və "Maşınqayırma" yarımstansiyalarında aparılan təmir işlərinə transformatorla yanaşı onların giriş yağ açarlarının və bəzi xətlərin yağ açarlarının təmiri və boşaldıcıların dəyişdirilməsi də daxildir.
Mənbədən 110-35 kV-lik HEVX-də aparılan təmir işləri ilə bağlı əldə etdiyimiz digər bir məlumatda o da qeyd edilir ki, hesabat dövründə xeyli sayda izolyator yenisi ilə əvəzlənib, xətlərin müəyyən hissəsi yenilənmiş və metal dayaqların qopmuş hissələri qaynaq edilərək onların konstruksiyasının möhkəmliyi bərpa edilib. EVX-lərin trassası ağac və digər yaşıl kütlələrdən təmizlənib və bu istaqamətdə işlər mütəmadi olaraq davam etdirilir.
Qeyd edək ki, müəssisənin xidməti ərazisində yanğın təhlükəsizliyi ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir. O cümlədən, yarımstansiyaların ərazisi quru otlardan təmizlənir, yağ tutumlu avadanlıqlarda yağın səviyyəsi, girimlərdə təzyiqlərin və transformatorlarda temperaturun norma həddində saxlanması təmin edilir. Dayaqların ətraflarının quru otlardan təmizlənməsi işləri aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB