Sədaqət Vəliyeva: “Növbəti dövlət proqramı ölkəmizin inkişafını daha da sürətləndirəcək”

Sədaqət Vəliyeva: “Növbəti dövlət proqramı ölkəmizin inkişafını daha da sürətləndirəcək”

"Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı ilə əlaqədar Prezident İlham Əliyevin 2004 və 2009-cu illərdə imzaladığı və uğurla reallaşdırılan dövlət proqramları ölkəmizin davamlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Məhz, bu proqram regionların inkişafı ilə bağlı icra olunmuş proqramlar perspektivdə görüləcək işlər üçün möhkəm əsaslar yaradıb". Bunu Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Deputat deyib ki, dövlət proqramlarının icra olunduğu 10 il ərzində ümumi daxili məhsul 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,6 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artıb: "Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 900 mini daimi olmaqla 1,2 milyondan çox yeni iş yeri, 55,6 min müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,3 faizə enib".

Sədaqət Vəliyeva daha sonra vurğulayıb ki, regionların inkişafı ilə bağlı qəbul edilmiş proqramların və əlavə tədbirlərlə əlaqədar imzalanmış sərəncamların həyata keçirilməsi nəticəsində qeyri-neft sektorunun inkişafına da səbəb olub: "Eyni zamanda, ölkənin kommunal infrastrukturu, yol təsərrüfatı sürətli yenilənmə və tikinti-inşaat dövrü yaşayıb, sahibkarların fəaliyyəti üçün maksiumum şəffaf mühit formalaşdırılıb, investisiya qoyuluşu artıb, əhalinin məşğulluq səviyyəsi və maddi rifah halı daha da yüksəlib".

Deputat bildirib ki, növbəti 5 il üçün nəzərdə tutulan Dövlət Proqramı çərçivəsində bütün sahələrlə yanaşı, əsasən kənd təsərrüfatı sektoruna, yerli məhsulların istehsalına və milli bazarın inkişafına diqqət artacaq: "Bir sözlə, Azərbaycanın inkişafının davamlılığı və dayanıqlığı daha da yüksələcək".

Bütün xəbərlər Facebook səhifəmizdə