Azər Badamov: "İnfrastruktur və sosial xidmətlər daha da yaxşılaşacaq"

Azər Badamov: "İnfrastruktur və sosial xidmətlər daha da yaxşılaşacaq"

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illəri əhatə edən sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı" təsdiq edilib. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, həyata keçirilən Dövlət Proqramları Azərbaycanda yüksək inkişafa səbəb olub: "Regionların sosial-iqtisadi inkişafı üzrə həyata keçirilən hər iki Dövlət Proqramı regionların simasını dəyişib və bu proqramların icrası nəticəsində regionlarda infrastruktur yenidən qurulub. 3-cü Dövlət Proqramında isə artıq şəhər mərkəzləri yox, eyni zamanda ucqar kəndlərdə də yollar bərpa ediləcək və bu yerlərin mənzərəsi dəyişəcək. Bu Dövlət Proqramının icrası Azərbaycanın yüksək inkişafına və inkişaf etmiş ölkələrdən birinə çevrilməsinə səbəb olacaq. Eyni zamanda, qeyri-neft sektorunun və regionların inkişafının davamlılığının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılmasına gətirib çıxaracaq".

Qeyd edək ki, Dövlət Proqramlarının icra olunduğu 10 il ərzində ümumi daxili məhsul 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,6 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artıb".

Bütün xəbərlər Facebook səhifəmizdə