Rusiyanın "Qazprom" konserni borclarını ödəmədiyi təqdirdə, Ukraynanı qazın qiymətinə olan endirimi ləğv edəcəyi ilə hədələyib. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya şirkətinin nümayəndəsi Serqey Kupriyanov deyib.
"Görünür, qazın qiymətinin bu cür ödənilməsi və öhdəliklərinin yerinə yetirilməsi ilə Ukrayna hazırda qazın qiymətinə olan endirimi saxlamaya bilər. Endirim haqda razılaşma ödənişlərin vaxtında edilməsini nəzərdə tuturdu. Şirkət nümayəndəsi əlavə edib ki, onların Ukrayna ilə münasibətləri yaxşıdır. Kiyevin qaza olan borcu 1,54 mlrd. dollardır. Həmçinin cari qaz nəqlinin ödənişi də edilməyib. Rusiya qazının Avropaya nəqli fasiləsiz olaraq həyata keçir. 2014-cü ilin fevral ayında qaz nəqlinin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə eynidir. Qaza olan borcunu Kiyevə Moskva bu ilin yanvar ayında xatırladıb. Ukrayna hökuməti borcun bir hissəsini ödəyib", - deyə S. Kupriyanov bildirib.
Qeyd edək ki, Ukrayna Rusiya qazına görə endirimi 2013-cü ilin dekabrında Vladimir Putinlə Viktor Yanukoviçin görüşü zamanı əldə edib. Razılığa əsasən, yeni ildən Kiyev yanacağın 1000 kub metrinə görə 400 dollar əvəzinə, 268 dollar ödəyir. Endirim müddəti haqda isə heç bir məlumat verilməyib. Həmin vaxt Rusiya Ukraynaya 15 mlrd. dollar kredit də təqdim edib. Lakin hazırda Rusiya kreditin verilməsini dayandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB