İxtisasartırma kurslarının növbəti buraxılışı olub

İxtisasartırma kurslarının növbəti buraxılışı olub

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq əmrilə təsdiq edilmiş tədris plan-qrafikinə uyğun olaraq "Nazirliyin yerli bölmələrinin, regional (zona) orqanlarının rəhbərləri üçün" Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində cari ilin 17-22 fevral tarixlərində "Dövlət büdcəsinin səmərəli idarə olunması" mövzusunda təlim keçirilib.

Təlim müddətində dinləyicilərə "Dövlət büdcəsindən iqtisadi sahələrin inkişafına ayrılan vəsaitlərin prinsipləri və dövlət satınalmalarının təşkili problemləri", "Elm, təhsil, səhiyyə, mədəniyyət və turizm, gənclər və idman sahələrində həyata keçirilən islahatlar, bu sahələrdə büdcə vəsaitlərinin proqnozlaşdırılmasında xərc normativlərinin tətbiqi vəziyyəti, bu istiqamətlərdə büdcənin məqsədli proqramlar vəsaitilə tərtibinin genişləndirilməsi imkanları, "Dövlət maliyyə nəzarəti sisteminin beynəlxalq standarlara uyğun səviyəyyə çatdırılması istiqamətində Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən görülən işlər və əldə edilən nəticələr", "Korrupsiyaya qarşı mübarizəyə dair milli Fəaliyyət Planının icrası üzrə Maliyyə Nazirliyində həyata keçirilən tədbirlər" və s. mövzularda mühazirələr oxunub.

Bütün xəbərlər Facebook səhifəmizdə