Musa Quliyev: "Səhiyyə xidmətlərinin keyfiyyəti yaxşılaşacaq"

Musa Quliyev: "Səhiyyə xidmətlərinin keyfiyyəti yaxşılaşacaq"

"Hər bir inkişaf etmiş ölkədə icbari tibbi sığorta qəbul edilib və bu üsul ən optimal yoldur". Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.

Onun sözlərinə görə, icbari tibbi sığortanın qəbul olunması Azərbaycan səhiyyəsinin bütövlükdə inkişafına səbəb olacaq: "Əhalinin səhiyyə xərclərini dövlət və işə götürənlər tərəfindən ödənilməsinə şərait yaradacaq. İcbari tibbi sığortanın qəbul olunması tibb müəsisələrinin inkişafına, həmin müəsisələrin maddi-texniki bazasının gücləndirilməsinə və ən əsası tibbi işçilərin əmək haqqlarının artırılmasına xidmət edəcək. İcbari tibbi sığortanın tətbiq olunması ilə bağlı səhiyyə xidmətlərinin keyfiyyəti yaxşılaşacaq. Müxtəlif səhiyyə ocaqları arasında sağlam rəqabət formalaşacaq. Hər bir səhiyyə xidməti çalışacaq ki, daha keyfiyyətli xidmət göstərsin. Bir sözlə, əhalinin tibbi xidmətlərinin keyfiyyəti yaxşılaşacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə