"AtaSığorta" ASC 2013-cü il üzrə fəaliyyətinin nəticələrinə yekun vurub. Məlumata əsasən cari il ərzində şirkətin sığorta haqqı üzrə yığımları 12,6 milyon manat təşkil edib. 2012-ci illə müqayisədə sığorta haqqı yığımları 1,7 milyon manatdan çox artıb. 2013-cü ildə sığorta ödənişlərinin həcmi əvvəlki ilə nisbətən 0,25 milyon manat artaraq 3 milyon manatı ötüb. Şirkətin nizamnamə kapitalı cari ildə 2,6 milyon manat artırılaraq 7,6 milyon manata çatdırılıb, aktivlərin ümumi həcmi isə 21 milyon manatı ötüb. "AtaSığorta" ASC-nin 2013-cü il üzrə balans mənfəəti 1,7 milyon manat təşkil edib.
Bundan əlavə, şirkət cari il ərzində həm əməkdaşların sayı, həm də əhatə dairəsinə görə inkişaf etmişdir. Belə ki, 2013-cü il ərzində şirkətə 54 nəfər yeni əməkdaş işə qəbul edilən və şirkətin xidmət şəbəkəsinə 1 filial, 6 nümayəndəlik və 5 yeni satış ofisi əlavə olunub. Bütün qeyd olunanları nəzərə alaraq, şirkət 2013-cü ildə qarşıya qoyduğu hədəfləri yerinə yetirib və dinamik inkişafını davam etdirib.
Qeyd edək ki, "AtaHolding" Şirkətlər Qrupuna daxil olan "AtaSığorta" 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə 5 filial, 8 nümayəndəlik və 6 satış ofisi daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB