Eyyub Hüseynov: “Son aylar qızılın qiyməti ən yüksək səviyyəyə çatıb”
"Son günlər qızıl bazarında qiymət artımları müşahidə edilir". Bunu SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
Onun sözlərinə görə, bu dünya bazarında qızılın qiymətinin qalxması həmçinin, alıcılıq qabilliyətinin yüksək olması, eyni zamanda, əhalinin banklara inamının az olması ilə bağlıdır: "Azərbaycana ən çox qızıl Dubaydan, Hindistandan gətirilir. Bütün qızıllar Maliyyə Nazirliyinin əyyar palatasında qeydiyyatdan keçməlidir. Vətəndaşlar qızıl alan zaman ehtiyatlı olsunlar. Maliyyə Nazirliyinin qızıl üzərindəki rombvari ştampa nəzər salsınlar. Qızıl əşyalarının Əyar Palatasında qeydiyyata alınması ilə bağlı satıcıdan sənəd tələb edə bilərlər. Qeyd edim ki, son 4 ayda qızılın qiyməti ən yüksək səviyyəyə çatıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB