İlham Şaban : “Türkiyə TANAP layihəsindəki payını satışa çıxarmaq niyyətində deyil”
"Ankarada keçirilən Enerji forumunda Türkiyənin Energetika və Təbii Ehtiyatlar Nazirliyi Türkiyə Transanadolu qaz kəməri layihəsi (TANAP)-la bağlı fikirlər səsləndirib". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert İlham Şaban deyib.
Onun sözlərinə görə, forumda bildirilib ki, TANAP milliləşdirilmə proqramını qəbul etməlidir: "Yəni TANAP boru kəməri boyunca torpaqlarının milliləşdirilməsindən söhbət gedir. Çünki, 1800 km-ə yaxın ərazinin böyük bir hissəsi özəl torpaqlardır. Hökümət qərar qəbul etməlidir ki, həmin özəl torpaqlar pay sahiblərindən alınmalı və dövlətin torpağı elan edilməlidir ki, həmin ərazidə boru kəməri tikilə bilsin. Türkiyənin bununla bağlı Azərbaycanla hökümətlərarası sazişi var. Bunun əsasında bu torpaqlar uzunmüddətli dövlətə məxsus olacaq. Bir sözlə, TANAP-la bağlı bütün proseslər tam qaydasında inkişaf edir. Türkiyənin bu layihədəki payı 20%-dir. Türkiyə Transanadolu qaz kəməri layihəsində (TANAP) payını satışa çıxarmaq niyyətində deyil".
İlham Şaban onu da qeyd edib ki, TANAP layihəsi qazın "Şahdəniz" yatağından Türkiyə ərazisindən keçərək Avropa sərhədlərinə qədər ötürülməsini nəzərdə tutur: "Boru kəmərinin ilkin olaraq ildə 16 milyard kubmetr qazın ixrac edəcəyi gözlənilir. Altı milyard kubmetrə yaxını Türkiyəyə, qalanı isə Avropaya çatdırılacaq. Gələcəkdə boru kəmərinin illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrə qədər genişləndirilə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB