Nazir müavinlərinin səlahiyyətlərini açıqladı

Nazir müavinlərinin səlahiyyətlərini açıqladı

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkə rəhbərinin sərəncamına əsasən müavinlərinin sayının artması məsələsinə və onlara verilən səlahiyyətlərin icrasına aydınlıq gətirib. SİA-nın xəbərinə görə, məsələ ilə bağlı jurnalistlərə açıqlama verən nazir bildirib ki, rəhbərlik etdiyi qurumun fəaliyyəti çox geniş sektoru əhatə edir.

Onun sözlərinə görə, burada insan alverinin və məişət zorakılığının qurbanlarına yardım edilir, əmək bazarının öyrənilməsi, əmək müfəttişliyinin fəaliyyəti, demoqrafiya, əhali sakinliyi, işçi qüvvəsinin miqrasiyası, sosial təminat, məşğulluq və digər məsələləri həll etmək üçün nazir müavinlərinin sayı 4-ə çatdırılıb: "Hər bir müavinin özünün nəzarət edəcəyi sahələr müəyyənləşdirilib. Belə ki, onlardan biri sosial təminat məsələlərinə, digəri məşğulluq sahəsinə, üçüncüsü əmək müfəttişliyi və əmək bazarına nəzarət məsələlərinə, dördüncüsü isə tibbi ekspertiza və reablitasiya məsələlərinə nəzarət edəcək. Düşünürəm ki, idarəetmədə bu prinsiplər səmələri olacaq, nazirliyin qarşısına qoyduğu və sürətlə həyata keçirdiyi islahatların daha da effektiv olmasına öz təsirini göstərəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə