Manqistau vilayətinin nümayəndə heyəti Azərbaycana səfərə gələcək

Manqistau vilayətinin nümayəndə heyəti Azərbaycana səfərə gələcək

28 fevral-1 mart tarixlərində Qazaxıstan Respublikasının Manqistau vilayətinin akimi Alik Aydarbayevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səfər çərçivəsində Qazaxıstan nümayəndə heyətinin bir sıra rəsmi görüşləri keçiriləcək, İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Qazaxıstan biznes forumu təşkil ediləcək. Qazaxıstan nümayəndə heyəti səfər zamanı bir sıra müəssisələrdə də olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə