Azərbaycan şirkəti Qırğızstanda Dünya Bankının layihəsini icra edəcək

Azərbaycan şirkəti Qırğızstanda Dünya Bankının layihəsini icra edəcək

Azərbaycanın SINAM şirkəti Dünya Bankının "Mərkəzi Asiyada hidrometroloji xidmətlərin modernləşdirilməsi" layihəsi çərçivəsində Qırğızıstan Respublikası Fövqəladə Hallar Nazirliyi yanında Hidrometrologiya Agentliyi tərəfindən "QırğızHidroMet-in arxivinin üzunmüddətli saxlanma üçün elektron daşıyıcılara keçirilməsi və elektron daşıyıcılarda hidrometroloji (HM) məlumatlar Fondunun yaradılması" layihəsinin icrasında iştirak edəcək. SİA-ya verilən məlumata görə, layihə çərçivəsində texniki avadanlıqların və müvafiq proqram təminatlarının təchizatı, quraşdırılması, QırğızHidroMet-in arxivində yerləşən kağız sənədlərinin rəqəmsal şəklə salınması, indeksləşdirilməsi və verilənlər bazasında saxlanması işlərinin yerinə yetirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, SINAM şirkəti adıcəkilən layihə şərçivəsində keçirilən tenderin qalibi seçilib. Tenderdə Azərbaycan şirkəti ilə yanaşı NSP MMC (Qırğızstan), Lanit QSC (Rusiya) və Empire&Redocs (Qırğızıstan və Rus şirkətlərinin konsorsiumu) iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə