Azər Mehdiyev: “İcbari tibbi sığortanın tətbiqi zamanı beynəlxalq təcrübə nəzərə alınmalıdır”
"İcbari tibbi sığortanın tətbiq olunmaması problemlər yaradır". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Azər Mehdiyev deyib.
Onun sözlərinə görə, icbari tibbi sığortanın tətbiqi səhiyyə xidmətinin keyfiyyətinin yüksəldilməsinə səbəb olacaq: "Deyə bilərəm ki, son illər Azərbaycanda dövlət büdcəsindən səhiyyəyə ayrılan xərclər artıb. Vətəndaşlar üçün müalicə xərcləri həddindən artıq baha başa gəldiyi üçün, icbari tibbi sığortanın tətbiq olunması vacib amilə çevrilir. İcbari tibbi sığorta tətbiq olunarsa, dövlət büdcəsindən ayrılan vəsaitin səmərəliyi baxımdan çox vacib və əlverişli olar. İnsanlar istər dövlət xəstəxanalarında, istərsədə özəl xəstəxanlarda pulsuz xidmət əldə edə bilərlər".
Azər Mehdiyev onu da qeyd edib ki, tibbi sığorta tətbiq olunarkən beynəlxalq təcrübə nəzərə alınmalı, həkimlərə sığorta təşkilatının nəzarəti olmalıdır: "Bu təşkilat tərəfindən müalicə və müayinəyə nəzarət edilməlidir. Bu zaman xəstəyə göstərilən xidmətə nəzarət edilə bilər. Bununla yanaşı, işləməyən əhali üçün icbari tibbi sığortanın ödənilməsi məsələləri tam olaraq dəqiqləşdirilməyib. Hazırda söhbət yalnız işə götürənlərin əməkhaqqı fondunun icbari tibbi sığorta üçün ödənişlərindən gedir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB