Sabah BTQ layihəsi üzrə Əlaqələndirmə Şurasının 18-ci iclası keçiriləcək

Sabah BTQ layihəsi üzrə Əlaqələndirmə Şurasının 18-ci iclası keçiriləcək

Sabah Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin Marabda-Kartsaxi hissəsinin inşası və yenidən qurulması ilə əlaqədar Əlaqələndirmə Şurasının 18-ci iclası keçiriləcək. Nəqliyyat Nazirliyindən SİA-ya verilən məlumata görə, iclasda Əlaqələndirmə Şurasının sədri qismində Azərbaycan tərəfindən Nəqliyyat naziri Ziya Məmmədov, Gürcüstan tərəfindən isə Baş nazirin müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Georgiy Kvirikaşvili iştirak edəcək.

Məlumata görə, layihənin icrası məqsədi ilə Gürcüstan Hökuməti tərəfindən borcalan qismində "Marabda-Kartsaxi dəmir yolu" Məhdud Məsuliyyətli Cəmiyyət yaradılıb.

"İclasda "Marabda-Kartsaxi dəmir yolu" Məhdud Məsuliyyətli Cəmiyyətin 2013-cü ildə gördüyü işlərə və perspektiv planlarına dair fikir mübadiləsi aparılacaq. Həmçinin, "Marabda-Kartsaxi dəmir yolu" Məhdud Məsuliyyətli Cəmiyyətin bu il üçün büdcəsi təsdiqlənəcək. Eyni zamanda, iclasda dəmiryolunun işçası ilə bağlı müqaviləyə bəzi dəyişikliklərin edilməsi diqqət mərkəzində olacaq" – deyə məlumatda bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə