Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) xarici investorlara və tərəfdaşlara təqdim edilməsi məqsədilə xarici investisiyaların cəlbi üçün nəzərdə tutulmuş layihələrin sahibkarlıq subyektlərindən qəbulunu davam etdirir. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, sahibkarların investisiya layihələri qeyri-neft sektorunun sahələrini əhatə etməli, maliyyə baxımından əsaslandırılan və iqtisadi cəhətdən səmərəli olmalı, beynəlxalq standartlara cavab verən müəssisələrin yaradılmasını və ya müəssisələrin müasir texnologiyaların tətbiqi ilə yenidən qurulmasını, əsasən ixracyönümlü və idxaləvəzləyici, yüksək keyfiyyətli, rəqabətə davamlı məhsulların istehsalını nəzərdə tutmalıdır.
AZPROMO investisiya təkliflərini birbaşa olaraq xarici investorlara və tərəfdaşlara təqdim edəcək. İnvestisiya layihələrində layihənin adı və həyata keçiriləcəyi yer, məqsədi və təsviri, layihənin dəyəri və təklif olunan maliyyələşdirmə sxemi və ya pay bölgüsü, həyata keçirilmə və özünü ödəmə müddəti, layihəni həyata keçirən şirkət/benefisiar barədə məlumat (şirkətin adı, ünvanı, əlaqəli şəxsin adı, vəzifəsi və əlaqə vasitələri (mobil telefon və elektron poçt)) öz əksini tapmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB