Hüquqi və fiziki şəxslərə 15,4 milyard manat məbləğində kredit ayrılıb

Hüquqi və fiziki şəxslərə 15,4 milyard manat məbləğində kredit ayrılıb

Ölkədə muzdla işləyənlərin orta aylıq əmək haqqı 2013-cü ildə əvvəlki ilə nisbətən 6,2 faiz yüksələrək 423,0 manat, əhalinin hər nəfərinə düşən gəlirləri isə 2014-cü ilin yanvar ayında ötən ilin yanvarına nisbətən 2,5 faiz artaraq 279,7 manat olub. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin məlumatlarına əsasən 2013-cü ildə dövlət büdcəsinə 19,5 milyard manat vəsait daxil olub, büdcədən 19,1 milyard manat vəsait xərclənib. Büdcənin gəlirləri ilə xərcləri arasında yaranan 351,1 milyon manatlıq profisit ümumi daxili məhsulun 0,6 faizinə bərabər olub.

2014-cü il yanvarın 1-nə kimi ölkənin maliyyə-kredit təşkilatları hüquqi və fiziki şəxslərə 15,4 milyard manat məbləğində kredit ayırıb. Verilmiş kreditlərin həcmi 2013-cü il yanvar ayının 1-i ilə müqayisədə 26,0 faiz artıb, onun 78,4 faizi və ya 12,1 milyard manatı uzun müddətli olub.

Bütün xəbərlər Facebook səhifəmizdə