İstehlak mallarının qiymətləri və xidmət tarifləri yanvar ayında 2013-cü ilin dekabr ayı ilə müqayisədə 0,2 faiz, o cümlədən, xidmət tarifləri 0,9 faiz ucuzlaşıb, ərzaq məhsullarının qiymətləri isə 0,2 faiz bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri dəyişməyib. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, 2013-cü ilin yanvar ayına nisbətən istehlak mallarının qiymətləri və xidmət tarifləri 2,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,6 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,5 faiz, xidmət tarifləri isə 0,2 faiz bahalaşıb.
Yanvar ayında ərzaq məhsullarından toyuq ətinin, portağalın, bananın, kökün, kartofun, qeyri-ərzaq mallarından parçaların, divar kağızlarının, tikinti kərpicinin, metal kirəmitin qiymətləri ucuzlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB