Nazir: "Azərbaycan Gürcüstanla enerji köçürməsi aparmağa tam hazırdır"
Bu gün Xəzər-Avropa Klubuna (CEIBC) üzv olan şirkətlərlə Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyevin görüşü keçirilib. SİA xəbər verir ki, görüşdə çıxış edən nazir Azərbaycanın energetika sahəsinin inkişafı, 2013-cü ildə bu sahə üzrə həyata keçirilən yerli və beynəlxalq layihələr barədə məlumat verib.
2020-ci ilə qədər Azərbaycanda yeni su və elektrik enerji stansiyalarının tikiləcəyini deyən Natiq Əliyev bildirib ki, hazırda istehlakda olan enerji stansiyaları isə daha da təkmilləşdiriləcək: "Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) tərkibində enerjinin payı çox böyükdür. İstərdik ki, Azərbaycan həm öz, həm də qonşu dövlətlərin enerji təhlükəsizliyini artırmaq üçün bir sıra dövlətlərlə enerji təsərrüfatını birləşdirsin. Artıq Azərbaycan Rusiya və İranla enerji köçürmələri apara bilir. Yeni "Samux-Qardabani" enerji xəttinin çəkilməsi nəticəsində isə Azərbaycan Gürcüstanla enerji köçürməsi aparmağa tam hazırdır. İstənilən vaxt Azərbaycan istehsal etdiyi enerjini Gürcüstana nəql edə bilər. Bu enerji köçürmələri Azərbaycanın regionun enerji təchizatındakı rolunu daha da artırır, eyni zamanda ölkəmizin qonşu ölkələrə və Avropaya inteqrasiyasını sürətləndirir".
Daha sonra tədbir mətbuata qapalı şəkildə davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB